Tbilisi Beynəlxalq Aeroportu həndəvərində aksiyanın bir neşə iştirakçısını ərazidən kənarlaşdırdılar
Rusiya təyyarəsinin enməsinə etiraz edən etirazçılar, Tbilisi Beynəlxalq Aeroportu yaxınlığında yolu bağladılar.
Hüquqmühafizəçilər, aksiyanın bir neşə iştirakçısını ərazidən kənarlaşdırdılar.
Ona qədər, Daxili İşlər Nazirliyi aeroport yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını asayişi qorumağa, hüquqmühafizəçilərin qanuni tələblərinə tabe olmağa çağıran bəyanat yaydı.