Tbilisi baş planı ilə bağlı qərarı Kaxa Kaladze bu gün bəyan edəcək
Tbilisi baş planı ilə bağlı qərarı Tbilisi meri, Kaxa Kaladze bu gün bəyan edəcək.
Qərarın bəyan olunmasına qədər, Kaxa Kaladze və Meriyanın nümayəndələri Tbilisi Sakrebulosunda “Siti İnstitut” nümayəndələri ilə bir daha görüşəcəklər. Görüşün başa çatmasından sonra isə, Tbilisi meri brifinq keçirəcək.
Kaxa Kaladzenin bəyan etdiyinə görə, baş plan bu gün təqdim oluduğu forması ilə, qəbuledilməzdir. Tbilisi merinin dediyinə görə, sənəddə nəqliyyat və özəl mülkiyyət istiqaməti ilə nöqsanlar var. Həmçinin baş planın həyata keçirilməsi metodologiyası təqdim olunmayıb.