Tbilisi-Bakursixe mərkəzi magistral yolunda baş verən yol qəzasında 4 nəfər ölüb

11:53, 15.01.2025

Tbilisi-Bakursixe mərkəzi magistral yolunda baş verən yol qəzasında 4 nəfər ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, qoşqu və dörd avtomobil toqquşub. Toqquşma nəticəsində qoşqu aşıb və avtomobillərin üzərinə düşüb.

Qəza nəticəsində 4 nəfər aldıqları xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Polis hadisə yerindədir.

Tbilisi-Bakursixe avtomobil yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Oxşar