"TBC Bank"a basqın işi üzrə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib
Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Xuskivadze “TBC Bank”a basqın işi üzrə saxlanılmış Quqa Qotsiridze barəsində həbs qətimkan tədbiri seçib.
Bununla da hakim prokurorun vəsatətini təmin edib.
“Heç bir söz söyləməyəcəyəm, ciddi psixoloji problemlərim var”-təqsirləndirilən Quqa Qotsiridze iclasda deyib.
Hakim, təqsirləndirilən şəxsdən deyəcək sözü varsa söyləməsini istəyib.
“O, sonuncu cinayətinə görə təyin olunan cəriməni ödəməyib. Sonuncu əməli də maddi fayda əldə etmək məqsədilə törədilib.
Artıq bir maliyyə cəzası tətbiq edilib və bir qayda olaraq, siz daha cinayət törətməməli idiniz”- deyə hakim bildirib.
İttihamçı tərəf həbs cəzası istəyib. Prokuror Qiorqi Nadiradze, cinayətlərin davam etməsi təhlükəsinin olduğunu bildirib. Nadiradze, Qotsiridzenin ittiham olunduğu soyğunçuluq maddəsinin 5 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutduğunu deyib.
Bununla belə, vəkil Davit Barbakadze, Quqa Qotsiridzenin istintaqla əməkdaşlıq etdiyini və cinayəti etiraf etdiyini bildirib. Müdafiə tərəfi girov qarşılığında buraxılmasını tələb edib, lakin məhkəmə vəkilin vəsatətini təmin etməyib.
İş üzrə ilkin məhkəmə iclası fevralın 29-u saat 13:00-a təyin edilib.