"TAV Georgia"- Dünən gecə duman və görmə məsafəsinin az olması səbəbilə Tbilisi Beynəlxalq Hava Limanında üç reys ləğv edilib və iki reys təxirə salınıb
"TAV Georgia"- Dünən gecə duman və görmə məsafəsinin az olması səbəbilə Tbilisi Beynəlxalq Hava Limanında üç reys ləğv edilib və iki reys təxirə salınıb

 
Dünən gecə duman və görmə məsafəsinin az olması səbəbilə Tbilisi Beynəlxalq Hava Limanında üç reys ləğv edilib və iki reys təxirə salınıb-bu haqda Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti “TAV Georgia” Gürcüstanın Birinci Kanalına açıqlayıb.

Şirkətdən açıqlandığı üzrə, görmə məsafəsi hazırda yaxşılaşıb və uçuşların qəbulu adi rejimdə həyata keçirilir.

“Duman və görmə məsafəsinin az olması səbəbilə dünən gecə ərzində “Turkish Airlines”ın iki İstanbul-Tbilisi-İstanbul reysi və “Pegasus”un İstanbul-Tbilisi reysi ləğv edilib. “Pegasus”un Antalya-Tbilisi reysi və Azərbaycan Hava Yollarının Bakı-Tbilisi reysi təxirə salınıb.

Hazırda görmə məsafəsi yaxşılaşıb və uçuşların qəbulu adi rejimdə həyata keçirilir” – “TAV Georgia”da bildirirlər.