"TAV Georgia" 2022-ci ilin ilk səkkiz ayı üçün hava yük daşımalarının həcmi haqqında məlumat yayır
“TAV Georgia” aviaşirkəti 2022-ci ilin ilk səkkiz ayı üçün hava yük daşımalarının həcmi haqqında məlumat yayır
Aviaşirkətdə bəyan etdiklərinə görə, 2022-ci ilin yanvar-avqust aylarında Gürcüstanın Tbilisi Beynəlxalq Aeroportunda hava nəqliyyatı ilə daşınan yüklərin həcmi 11 788 873 tonu təşkil etdi, bu isə, ötən ilin analoji göstəricisindən 2% çoxdur və 2019-cu ilin göstəricisindən 27% azdır.
Elə onların məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında Tbilisi Beynəlxalq Aeroportu 11 502 897 ton, 2020-ci ildə 11 009 001 ton, 2019-cu ildə isə, 16 139 060 ton yük daşıdı.