Tariel Nakaidze Qurban bayramı ilə əlaqədar parlamentin iclaslarında iştirak etmədiyinə görə maaşından 10 faizin tutulduğunu, bunu da məhkəməyə şikayət edəcəyini deyir
Tariel Nakaidze Qurban bayramı ilə əlaqədar parlamentin iclaslarında iştirak etmədiyinə görə maaşından 10 faizin tutulduğunu, bunu da məhkəməyə şikayət edəcəyini deyir

 
Müstəqil deputat Tariel Nakaidze Qurban bayramı ilə əlaqədar parlamentin iclaslarında iştirak etmədiyinə görə maaşından 10 faizin tutulduğunu, bunu da məhkəməyə şikayət edəcəyini bildirir.

Tariel Nakaidzenin qeyd etdiyi kimi, əgər konkret dini cərəyan bir neçə bayramı qeyd edirsə və insanların bu bayramı evdə keçirmək hüququ varsa və qeyri-iş günü elan edilibsə, digər dini qruplar üçün də mühüm bayramlar qeyri-iş günü elan edilməlidir.

“İyunun 28-i müsəlmanların Qurban bayramı idi, mən iyunun 27-də keçirilən plenar iclasda mühüm bayram olduğuna görə, 28-29 iyun tarixlərində plenar iclaslarda iştirak etməyəcəyimi bildirmişdim. Eyni zamanda, bu ayrı-seçkilik normasının qanunvericilik məkanında tənzimlənməsinin zəruri olması fikrini bildirdim. Əgər konkret dini cərəyan bir neçə bayramı qeyd edirsə və insanların bu bayramı evdə keçirmək hüququ varsa və qeyri-iş günü elan edilibsə, digər dini və etnik qruplar üçün də mühüm bayramların qeyri-iş günü elan edilməsi vacibdir. Maaşımın 10 faizi məbləğində cərimələndim. Müvafiq olaraq bu, ümumiyyətlə qanunvericilik məkanında mövcud ayrı-seçkiliyin davam etməsi faktlarından biridir. Bu faktı məhkəməyə şikayət edəcəyəm. Eyni zamanda, payız sessiyasında qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyəm, bu təşəbbüslə Gürcüstanda yaşayan müxtəlif dini və etnik qruplar bayramlarında qeyri-iş günündən yararlanmalıdırlar. Müxtəlif dini azlıqlar üçün bu təxminən altı gündür. Ümid edirəm ki, parlament üzvləri bu təşəbbüsü dəstəkləyəcəklər. Bu, sadəcə bir dini özününküləşdirmək deyil, bu, qanunvericilik səviyyəsində inklüziv, bərabərlik hüququnun həyata keçirilməsidir” -deyə Nakaidze bildirib.