Tariel Nakaidze Gürcüstanda yaşayan dini azlıqlar üçün mühüm bayramların qeyri-iş günləri elan edilməsi təşəbbüsü ilə çıxış edir
Tariel Nakaidze Gürcüstanda yaşayan dini azlıqlar üçün mühüm bayramların qeyri-iş günləri elan edilməsi təşəbbüsü ilə çıxış edir

 

Fikrimcə, müxtəlif dini azlıqların keçirdiyi bayram günlərini qeyri-iş günləri elan etmək barədə düşünməyin vaxtı artıq yetişib. Bu istiqamətdə payız sessiyalarında qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyəm -bu barədə müstəqil deputat Tariel Nakaidze parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.

Nakaidze “Gürcü Arzusu”nun, eləcə də müxalifətin sözügedən qanunvericilik təşəbbüsünü dəstəkləyəcəyini hesab edir.

“Sabah iyulun 28-i müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Gürcüstanda dövlət və ya özəl xidmətlərində çalışan bir çox vətəndaşa bu günün qeyri-iş günü olması və inanclarına uyğun olaraq öhdəliklərini sərbəst şəkildə yerinə yetirmək imkanı tanınmır. Bu səbəbdən fikrimcə müxtəlif dini və ya etnik azlıqların keçirdiyi bayram günlərini qeyri-iş günləri elan etmək barədə düşünməyin vaxtı artıq yetişib. Ümumilikdə, söhbət altı gündən gedir” –deyə Tariel Nakaidze açıqlayıb.