Tamaz Tsabutaşvili - Konstitusiya məhkəməsinə siyasətçi təyin olunmamalıdır
Konstitusiya məhkəməsinə siyasətçi təyin olunmamalıdır. Bu məsələ ilə əlaqədar mənim mövqeyim budur, – Konstitusiya məhkəməsinin hakimi Tamaz Tsabutaşvili jurnalistlərin, İrakli Kobaxidzenin konstitusiya məhkəməsinə mümkün təyinatı barədə ünvanladıqları suala belə cavab verib.
İrakli Kobaxidzenin siyasətdən məhkəməyə keçməsinin məqsədəuyğun olub-olmayacağı ilə əlaqədar ünvanlanan suala Tsabutaşvili belə cavab verdi: “Yəqin ki, yox”.
Tsabutaşvili bildirib ki, ölkədəki ən vacib və əsas şey ədalətli məhkəmənin olmasıdır.
“Ədalətli məhkəmə prosesi hamı üçün əlçatan olmalıdır.Əgər ölkəmizdə bu olmazsa, ölkədə heç bir irəliləyiş və inkişaf olmayacaq” -deyə Tsabutashvili bildirib.