Tamar Taliaşvili respublikaçı konqresmen Abraham Hamade ilə görüş keçirib
Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr və Veteranların İş üzrə komitələrinin üzvü olan konqresmen Abraham Hamade ilə görüş keçirib.
Taliaşvilinin sosial şəbəkədə yazdığı kimi, tərəflər ikitərəfli münasibətlərin hazırkı müsbət dinamikasını müzakirə ediblər. Qlobal geosiyasi çağırışlara, suverenliyin qorunmasının və regional sabitliyin təmin edilməsinin əhəmiyyətinə diqqət yetirilib.”
“Tamar Taliaşvili Gürcüstanın regiondakı strateji rolunu, ölkənin iqtisadi nailiyyətlərini və perspektivlərini, xüsusilə “Orta Dəhliz”in inkişafı kontekstində vurğulayıb.
Görüşdə həmçinin “Prezident Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) təşəbbüsü də müzakirə olunub. Səfir Gürcüstanın əhəmiyyətini və sözügedən təşəbbüsün uğurla həyata keçirilməsində tərəfdaşlarına dəstək olmağa hazır olduğunu vurğulayıb”, – Tamar Taliaşvilinin rəsmi səhifəsində yayılan məlumatda qeyd edilir.
Keçirilmiş görüşün sonunda səfir konqresmeni Gürcüstana səfərə dəvət edib.