Tamar Taliaşvili Avropa Şurasının baş katibinə etimadnaməsini təqdim edib
Tamar Taliaşvili Avropa Şurasının baş katibinə etimadnaməsini təqdim edib

 

Gürcüstanın Strasburqa yeni təyin olunmuş səfiri Tamar Taliaşvili Avropa Şurasının baş katibi Maria Peçinoviç Buriçə etimadnaməsini təqdim edib.

Görüşdə baş katib, Tamar Taliaşvilinin Avropa Şurasında yüksək vəzifələrdə uzun illər boyunca qazandığı təcrübənin Avropa Şurası ilə Gürcüstan arasında gələcək əməkdaşlığın daha da dərinləşməsinə vacib töhfə verəcəyini bildirib.

Səfir Gürcüstanda işğal olunmuş ərazilərdə insan hüquqlarının vəziyyətinə dair bütöv hesabat hazırladığına görə baş katibə təşəkkürünü bildirib və gələcək planlar, o cümlədən qarşılıqlı əməkdaşlıq üçün yeni fəaliyyət planının hazırlanması barədə danışıb və baş katibi Gürcüstana dəvət edib.

Baş katib Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Avropa Şurasının tarixi dördüncü sammitində iştirak etmək istəyini alqışlayıb. Sammit 2023-cü ilin mayın 16-17-də İslandiyanın Reykyavik şəhərində keçiriləcək.

Görüşdə Rusiyanın Ukraynaya qarşı əsassız, amansız müharibəsi və Avropa Şurasının reaksiyasına toxunulub.

Məlumatı Gürcüstan XİN yayır.