Tamar Taliaşvili Avropa Şurasının baş katibi ilə görüşdü
Tamar Taliaşvili Avropa Şurasının baş katibi ilə görüşdü

Avropa Şurası Parlament Assamleyasında Gürcüstan Parlamentinin daimi fəaliyyət göstərən nümayəndə heyətinin üzvü Tamar Taliaşvili Avropa Şurasının baş katibi, Mariya Peyçinoviç ilə görüşdü. Taliaşvili assambleyanın yay sessiyasının işində iştirak edir.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Avropa Şurası arasında mövcud əməkdaşlıq barəsində müzakirə apardılar.

Ölkəmizdə cari hadisələr və Avropa Şurasının baş katibinin konsolidasiyalaşdırılmış hesabatına diqqət yetirildi. Hesabat Gürcüstanın işğal olunmuş ərazilərdə və işğal xətti boyunca təhlükəsizlik, insan hüquqları və humanitar baxımından mövcud ağır durumu təsvir edir.