Tamar Qabunianın sözlərinə görə, peyvəndin üçüncü, gücləndirici dozasının istifadəsi üçün yaş məhdudiyyətinin genişləndirilməsi və aradan qaldırılması üçün müzakirələr aparılır.
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, peyvəndin üçüncü, gücləndirici dozası hər yaşda olan insanlar üçün əlçatan ola bilər.
Onun sözlərinə görə, məsələ müzakirə olunur.
“Yaş həddinin genişləndirilməsi və götürülməsinin məqsədəuyğun olub-olmaması müzakirə olunur. Məsələn, siqaret çəkənlərin vəziyyətində müəyyən edildi ki, gücləndirici dozanın effektivliyi yüksəkdir və siqaret çəkəni çəkməyəndən ayırmaq bizim üçün çox çətin olacaq. Beləliklə, biz tövsiyə edə bilərik ki, bir insanın hər hansı bir müşayiət olunan xəstəliyi varsa, o, gücləndirici doza qəbul etməlidir və həkimlə razılaşaraq, istənilən yaşda olan şəxs özü qərar verə bilər “, – Tamar Qabunia bildirib.
Bu günə qədər yaşı 50-dən yuxarı olan şəxslər və yüksək risk qrupuna daxil olan şəxslər vaksinin üçüncü, gücləndirici dozası ilə peyvənd oluna bilərlər. İkinci peyvənddən altı ay sonra əlavə bir doza təyin edilir.