Tamar Qabunia - yoluxma hallarının "Omicron"un indi yayılan ştammı ilə əlaqədar olan böyük hissəsi yüngül formada keçir və xəstəxanaya yerləşdirilməyə ehtiyac yoxdur
Tamar Qabunia - yoluxma hallarının "Omicron"un indi yayılan ştammı ilə əlaqədar olan böyük hissəsi yüngül formada keçir və xəstəxanaya yerləşdirilməyə ehtiyac yoxdur

 
Yoluxma hallarının “Omicron”un indi yayılan ştammı ilə əlaqədar olan böyük hissəsi yüngül formada keçir və xəstəxanaya yerləşdirilməyə ehtiyac yoxdur-bu barədə səhiyyə nazirinin birinci müavini Tamar Qabunia bildirib.

Tamar Qabunia “Omicron”un gedişatını xarakterizə edən əlamətlərin burun axıntısı, öskürək, qızdırma, ümumi zəiflik, ishal olduğunu bildirib. Onun sözlərinə görə, ailə həkiminin göstərişi nəzərə alınaraq virusun müalicəsi əlavə müayinə və xəstəxanaya yerləşdirilmədən evdə davam etdirilməlidir.

“Bu insanda soyuqdəymə və qrip halında müşahidə oluna biləcək əlamətlərdir. Belə bir vaxtda əlavə müayinələrə və hospitalizasiyaya ehtiyac yoxdur” – deyə Tamar Qabunia bildirib.

Nazir müavini ötən bir həftə ərzində virusa yoluxma hallarında kəskin artım olmadığını qeyd edir.