Tamar Qabunia - son illər ərzində ölkə QİÇS-lə mübarizə nöqteyi-nəzərdən böyük nailiyyətlər əldə edib
Tamar Qabunia - son illər ərzində ölkə QİÇS-lə mübarizə nöqteyi-nəzərdən böyük nailiyyətlər əldə edib

 
Gürcüstanın Səhiyyə Nazirliyi və İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktiki Mərkəzinin təşkilatçılığı ilə QİÇS-lə Beynəlxalq Mübarizə Gününün qeyd olunması ilə bağlı məlumat məqsədli görüş keçirilib.

Sağlamlığın Müdafiəsi və Sosial Məsələlər Komitəsinin üzvlərinin, Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan nümayəndəliyinin rəhbərinin, sahə üzrə mütəxəssislərin və proqrama cəlb olunmuş şəxslərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, infeksiyanın erkən aşkarlanması , effektiv müalicə, profilaktik tədbirlər, HİV-lə əlaqəli stiqma və ayrı-seçkiliyin aradan qaldırılması HİV-infeksiyası pandemiyasının sonlandırılması üçün son dərəcə vacibdir.

Səhiyyə nazirinin müavini Tamar Qabunia son illər ərzində ölkənin QİÇS-lə mübarizə nöqteyi-nəzərdən böyük nailiyyətlər əldə etdiyini bildirib.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edildiyi üzrə, HİV-infeksiyası/QİÇS-in idarə olunması üzrə dövlət proqramı çərçivəsində benefisiar ambulator və stasionar tibbi xidmətlər, həmçinin QİÇS-in müalicəsi üçün dərman preparatları ala bilər.

Verilmiş məlumatda dövlət proqramı ilə göstərilən xidmətlərin tam şəkildə maliyyələşdirildiyi və pasiyent tərəfindən müştərək ödənişi nəzərdə tutmadığı deyilir.