Tamar Qabunia - proqnoz səviyyəsində 300 onkoloji xəstəlik halından söhbət gedir, lakin bu o demək deyil ki, hər hansı uşaq proqramdan kənarda qalacaq, lazım gələrsə, daha çox vəsait ayrılacaq
Tamar Qabunia - proqnoz səviyyəsində 300 onkoloji xəstəlik halından söhbət gedir, lakin bu o demək deyil ki, hər hansı uşaq proqramdan kənarda qalacaq, lazım gələrsə, daha çox vəsait ayrılacaq

 

300 proqnoz səviyyəsində, şərti rəqəmdir. Lazım gələrsə, uşaqların ehtiyaclarını tam qarşılamaq üçün daha çox vəsait ayrılacaq -bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi barədə danışarkən açıqlayıb.

O, proqrama daxil ediləcək klinikaların seçilməsi prosesinin davam etdiyini bildirib.

“Bu proqrama daxil olmaq üçün klinikalar yüksək beynəlxalq standartlara cavab verməlidirlər. Klinikaların seçilməsi prosesi hələ başa çatmayıb. Bu gün proqnoz səviyyəsində 300 onkoloji xəstəlik halından söhbət gedir, lakin bu o demək deyil ki, hər hansı uşaq proqramdan kənarda qalacaq, lazım gələrsə, daha çox vəsait ayrılacaq”-deyə Qabunia açıqlayıb.