Tamar Qabunia Mərkəzi Asiya regionunun iqtisadi əməkdaşlığının işgüzar görüşlərində iştirak edib
Qazaxıstanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) Səhiyyə Qrupunun 5-ci işgüzar görüşləri keçirilib. 2023-cü ildə Gürcüstan “CAREC”in sədr ölkəsi olub, müvafiq olaraq tədbiri səhiyyə nazirinin müavini Tamar Qabunia açıb.
Onun sözlərinə görə, bu işgüzar görüşlər zamanı müzakirə olunacaq 2030-cu ilin ümumi səhiyyə strategiyası və 2024-cü ilin regional investisiya üçün çərçivə sənədi iştirakçı ölkələrin səhiyyə sistemlərindəki boşluqların aradan qaldırılması üçün mühüm alətlər olacaq. Həmçinin, prioritet layihələri müəyyən etmək və texniki yardım almaq üçün.
İşgüzar görüşlərdə “CAREC”də iştirak edən 10 ölkənin səhiyyə nazirləri və yüksək səviyyəli nümayəndələri sənədlərin implementasiya prosesini, sektorda mövcud problemlər və onların həlli yollarını müzakirə ediblər. Regional səviyyədə səhiyyə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və gələcəkdə sıx əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində keçirilən məruzə və təqdimatlara paralel olaraq, Tamar Qabunia panel müzakirəsində iştirak edib, burada məruzəçilər iqlim dəyişikliyinin səhiyyə sektoruna təsirini müzakirə ediblər.
Bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev