Tamar Qabunia - koronavirusa yoluxma hallarının sayı azalır, digər subyektiv qiymətləndirmələr əsassızdır
Tamar Qabunia - koronavirusa yoluxma hallarının sayı azalır, digər subyektiv qiymətləndirmələr əsassızdır

 

Son dövrdə tendensiya müsbətdir və perspektivlidir, yoluxma hallarının sayı azalır – bu barədə Gürcüstan səhiyyə nazirinin birinci müavini Tamar Qabunia bildirib.

O , Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin koronavirus hallarının yayılma dinamikasını fəal şəkildə müşahidə etməyə davam etdiyini açıqlayıb.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin baş direktoru vəzifəsini icra edən Tamar Qabunia bəhsi keçən proqnozun beynəlxalq qurumların qiymətləndirməsinə əsaslandığını bildirib.

“Belə ki, digər subyektiv qiymətləndirmələr əsassızdır və həm səhiyyə peşəkarlarının, həm də adi vətəndaşların bu cür qiymətləndirmələrdən çəkinmələri vacibdir” -deyə Tamar Qabunia bildirib.