Tamar Qabunia - konstruktiv formata qayıtmaq mühümdür, çünki axondroplaziyanın müalicəsi üçün nəzərdə tutulan dərmanın tətbiqi prosesi olduqca mürəkkəbdir
Tamar Qabunia - konstruktiv formata qayıtmaq mühümdür, çünki axondroplaziyanın müalicəsi üçün nəzərdə tutulan dərmanın tətbiqi prosesi olduqca mürəkkəbdir

 
Birlikdə, konsolidə edilmiş resurslarla konstruktiv dialoq formatında prosesi davam etdirməyə nail olmalıyıq -bu barədə səhiyyə nazirinin birinci müavini Tamar Qabunia axondroplaziyanın müalicəsi üçün nəzərdə tutulan dərmanla bağlı açıqlayıb.

“Prosesin yenidən konstruktiv formata qaytarılması, işçi qrupu formatına keçirməyimiz olduqca mühümdür, çünki tətbiq prosesi kifayət qədər mürəkkəbdir, istehsalçı müəyyən riskləri bölüşür. İndi burada belə gərgin fon heç kimə sərfəli deyil” -deyə Tamar Qabunia qeyd edib.

Səhiyyə nazirinin birinci müavini prosesin dialoq formatında davam etdirilməsinin əhəmiyyətini qeyd edib. O, valideynlərin proseslərdə iştirak etdiklərini, keyfiyyət və uşaqların təhlükəsizliyinə zəmanət almaq üçün nazirliyin istehsalçı ilə danışıqlarda keçdiyi bütün mərhələlərin onlara məlum olduğunu bildirib.

“Bu mərhələyə hamımız bir yerdə gəlmişik. Zəmanətli keyfiyyət, uşaqlar üçün zəmanətli təhlükəsizlik və uzunmüddətli perspektivdə dərman tədarükünün davam edəcəyini və ya dərmanın bərabərində gətirə biləcəyi riskləri bilmək üçün başqa ölkələr kimi biz də müqaviləni ən yaxşı şəkildə necə imzalamaq barədə konsultasiyalardan keçdik. Uzun illər ərzində bu ölkədə bir çox dərmanlar və bir çox xidmətlər maliyyələşdirilib, bu maliyyənin oxşar fonu olmayıb. Bu, ümumiyyətlə bizi dərman və ya xidməti maliyyələşdirmək üçün düzgün qərara aparan yol deyil. Pasiyentin təhlükəsizliyi hər şeydən əvvəl gəlir. Zərər vermə- bu tibbdə əsas prinsipdir. Beləliklə, nazirliyin etdiyi ilk şey məlumatları tədqiq etmək oldu, bu dərman haqqında nə bilirik, bundan başqa bu 52 həftəlik tədqiqat həyata keçirilib və onun müəyyən potensialı həqiqətən var. Vəkillik üçün mən şəxsən əlavə məlumat təqdim edilməsi ilə əlaqədar Avropa Nadir Xəstəliklər Cəmiyyətinə müraciət etmişəm, hərçənd buna müəyyən, daha çox vaxt lazımdır. Yaxşı olar ki, hansısa formada razılaşma prosesi dialoq formatında getsin. Bu gərginlik uşaqlar üçün çox çətindir. Bütün bunlara görə uşaqlar böyük psixoloji təzyiq altındadırlar və onların gözləntilərini və ümidlərini nəzərə almaq çox vacibdir. Birlikdə, konsolidasiya edilmiş resurslarla konstruktiv dialoq formatında bu prosesi bir şəkildə davam etdirməyə nail olmalıyıq”- deyə Tamar Qabunia açıqlayıb.