Tamar Qabunia - xərçəngin qarşısını almaq üçün dövlət papillomavirusa qarşı pulsuz peyvənd edir
Uşaqlıq boynu xərçəngi hallarının əksəriyyəti papillomavirusla bağlıdır, bu, peyvəndlə qarşısı alına və tamamilə aradan qaldırıla bilən yeganə xərçəngdir, – Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə əsasən, papillomavirus bir çox digər o cümlədən kişilərdə, xərçəng növlərinin səbəbidir, ona görə də hər iki qrupun peyvənd edilməsi eyni dərəcədə vacibdir.
Qabunyanın izah etdiyinə əsasən, xərçəngin qarşısının alınması üçün dövlət papillomavirusa qarşı peyvəndi pulsuz təmin edir. Bundan əlavə, bu il insan papillomavirusuna qarşı peyvənd üçün yaş qrupu artıb.
“Peyvəndləmə üçün yaş qrupu artırılıb və yeni qaydalara əsasən, 10-45 yaş arası qız və qadınlar, 10-26 yaş arası oğlan və kişilər pulsuz peyvənd oluna bilər. Diqqət və marağın artması müşahidə olunur ki, bu da dövriyyədə olan papillomavirusları minimuma endirməyə imkan verəcək”, – deyə Tamar Qabunia bildirib.
Səhiyyə Nazirliyinin məlumatına görə, insan papillomavirusuna qarşı peyvənd Avropa regionunun 45 ölkəsində aparılır, onlardan 20-si hər iki cinsi əhatə edir. Səhiyyə Nazirliyi izah edir ki, elmi məlumatlara görə, papillomavirusa qarşı peyvənd yüksək effektiv və təhlükəsizdir; Uzun illik təcrübələr sübut edir ki, onun demək olar ki, heç bir yan təsiri yoxdur. Peyvənd bu xidməti göstərən istənilən tibb müəssisəsində həyata keçirilə bilər və benefisiarlar üçün tamamilə pulsuzdur.
Müəllif -
Mehemmed Bayramaliyev