Tamar Qabunia - Hərəkətliliyin yüksək tempi virusun yayılmasına kömək edir, hətta indiki mitinqlərdə belə, bu istiqamətdə də düşünmək vacibdir
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, ölkədə epidemioloji vəziyyət pisləşib ki, bu da hərəkətliliyin artması ilə bağlıdır.
Səhiyyə nazirinin müavini Koordinasiya Şurasından sonra keçirilən brifinqdə bildirib ki, epidemioloji vəziyyət yaxşılaşdırmaq üçün hərəkətliliyin azaldılması və peyvənd proqramının intensivləşdirilməsi zəruridir.
“Yoluxma səviyyəsi azalarsa, ölüm nisbəti azalacaq. Bu gün əsas məsələ virusun yayılmasının qarşısını almaqdır. Epidemiyanın bu qədər yüksək yayılmasının səbəbkarı təbii olaraq çox yüksək hərəkətlilik nisbətidir. Hətta indiki aksiyalar da. Hamımız başa düşürük ki, bu, əlbəttə ki, virusun yayılmasına kömək edir. İndiki şəraitdə bu istiqamətlərdə də düşünmək çox vacibdir. Təbii ki, peyvənd proqramı gücləndirilməlidir”, – Tamar Qabunia bildirib.