Tamar Qabunia - dünyanın aparıcı Xəstəliklərə Nəzarət Mərkəzlərinin heç biri 18 yaşdan yuxarı şəxslərdə ikinci gücləndirici dozanın universal istifadəsinə dair tövsiyyə verməyib
Dünyanın aparıcı Xəstəliklərə Nəzarət Mərkəzlərinin heç biri 18 yaşdan yuxarı şəxslərdə ikinci gücləndirici dozanın universal istifadəsinə dair tövsiyyə verməyib-bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib .
Onun sözlərinə görə, ikinci gücləndirici dozanın istifadəsi 50 yaşdan yuxarı və xroniki xəstəlikdən əziyyət çəkən insanlar üçün tövsiyyə olunur.
“Covid-19″a qarşı əlavə gücləndirici dozaya gəlincə, ABŞ və Avropadakı Xəstəliklərə Nəzarət Mərkəzləri ikinci gücləndirici dozanın 50 yaşdan yuxarı və xroniki xəstəlikləri olan insanlar üçün tövsiyyə olunduğunu xüsusilə vurğulayırlar. Bu vaxta qədər bu təşkilatların heç biri 18 yaşdan yuxarı şəxslərdə ikinci gücləndirici dozanın universal istifadəsinə dair tövsiyyə verməyib”- deyə Tamar Qabunia bildirib.
O, Gürcüstan Səhiyyə Nazirliyinin 50 yaşdan yuxarı və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər, eləcə də tibb işçiləri üçün əlavə gücləndirici dozaya icazə verilən protokola əməl etdiyini açıqlayır.
Nazir müavininin də qeyd etdiyi üzrə, istisna hal kimi, yaşından asılı olmayaraq xaricə səfər edənlər üçün ikinci gücləndirici doza ilə peyvəndləməyə icazə verilir və əlavə gücləndirici dozanın tətbiqini qəbul edən ölkə tələb edir.
Tamar Qabunianın şərhlərini Gürcüstanın Səhiyyə Nazirliyi yayır.