Tamar Qabunia deyir ki, Klinik Şuranın üzvləri ilə görüşdə monoklonal anticisimlərdən istifadə protokolu müzakirə olunub.
Tamar Qabunia deyir ki, Klinik Şuranın üzvləri ilə görüşdə monoklonal anticisimlərdən istifadə protokolu müzakirə olunub.

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, Səhiyyə Nazirliyində Klinik Şuranın üzvləri ilə keçirilən görüşdə koronavirusa yoluxmuş xəstəxanaya yerləşdirilən xəstələrin müalicəsində monoklonal anticisimlərdən istifadə məsələsi müzakirə olunub.

Tamar Qabunia dərmanların çatdırılmasına görə Almaniya hökumətinə təşəkkür edib.

“Ölkənin Almaniya hökumətindən ianə kimi aldığı monoklonal anticisimlərin istifadəsi protokolu ilə bağlı növbəti dəfə müzakirələr aparılıb. Bir daha Almaniya hökumətinə bu prosesdə bizə kömək etdiyinə görə təşəkkür etmək istəyirəm. Həmçinin Amerika tərəfdən aldığımız monoklonal anticisimlər də ölkədədir və biz onlardan istifadə etməyə hazırıq”, – deyə Tamar Qabunia bildirib.

Almaniya Federativ Respublikası hökuməti monoklonal anticisimləri noyabrın 1-də Gürcüstana təhvil verib. Hədiyyə 3000-dən çox dozada kasirivimab və imdevimabdan ibarətdir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, monoklonal anticisimlərdən Covid-19-a yoluxmuş xəstəxanaya yerləşdirilən xəstələrin müalicəsində istifadə olunacaq.