Tamar Qabunia - bu mərhələdə Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Səhiyyə Şöbəsi və Saakaşvilinin qaldığı klinika vəziyyəti tam şəkildə idarə edir
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuinia Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Səhiyyə Şöbəsi və “Vivamedi” klinikasının Mixeil Saakşvili ilə əlaqədar vəziyyəti tam şəkildə idarə etdiyini bildirir.
Onun sözlərinə görə, Səhiyyə Şöbəsi, Ədliyyə Nazirliyi, Penitensiar Xidmət klinisistləri səfərbər edə bilər və bununla bağlı heç bir ləngimə yoxdur.
“Bu mərhələdə Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin Səhiyyə Şöbəsi və eləcə də onun qaldığı klinika vəziyyəti tam şəkildə idarə edir.
Səhiyyə Şöbəsi, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən klinisistlər səfərbər edilə bilər. Klinisistlər hissəsində ehtiyac duyulan hər kəsi cəlb etmək üçün qeyri-məhdud imkan var. Ləngimə yoxdur. Tələb olanda Səhiyyə Nazirliyi xarici mütəxəssislərin ölkəyə girişinə və onlara müvəqqəti sertifikat verilməsinə razılıq verib. İndi artıq buna tələbat yoxdur” – deyə Tamar Qabunia bildirib.