Tamar Mepe prospektində iyulun 15-dən avqustun 10-u da daxil olmaqla avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
Tamar Mepe prospektində planlaşdırılan işlər ilə əlaqədar iyulun 15-dən avqustun 10-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.
İşlər əsasən Tamar Mepe prospekti ilə Ağmaşenebeli prospektinin kəsişməsindəki yol hissəsində aparılacaq.
Görüləcək işlər çərçivəsində mövcud yol adalarının, piyada səkilərinin və yolun hərəkət hissəsinin yenidən qurulması və müasirləşdirilməsi həyata keçiriləcək.
Zəruri hallarda yolun hərəkət hissəsi yalnız gecə saat 00:00-dan 06:00-a kimi bağlanacaq.
Nəqliyyat vasitələri üçün hərəkət istiqamətləri dəyişməz olaraq qalacaq.