Tamar Çuqoşvili - prezident əfv etməni indi dayandırsa, konkret insana həyatını geri qaytara bilməyəcək
Parlamentin vitse-spikeri Tamar Çuqoşvili hesab edir ki, istənilən zoraklıq cinayəti ilə bağlı prezident və onun administrasiyası xüsusi ilə diqqətli olmalıdır.
Jurnalistlər ilə söhbəti zamanı Tamar Çuqoşvili, prezident Marqvelaşvili tərəfindən bu gün edilən bəyanata əks səda verdi və qeyd etdi ki, təəssüflər olsun ki, prezident tərəfindən əfv etmənin statistikası heç bir ölkədə olmadığı qədərdir.
“Başqa bir ölkəni xatrılaya bilmirəm ki, bu statistikaya yaxnın olsun. Bu çox yüksək göstəricidir və nəticəni də gördük. Əfv edilmiş şəxs dəhşətli qətl törətdi. İstənilən zoraklıq cinayəti ilə bağlı prezident və onun administrasiyası xüsusi ilə diqqətli olmalıdır. Bu barədə mübahisə olmaz. Əfv etməni indi dayandırsa, konkret insana həyatını geri qaytara bilməyəcək. Bunun analoqu ola bilsin ki, haradasa mövcuddur, lakin mən eşitməmişəm. Lakin əfv yüzlərlə, minlərlə insana qarşı, xüsusi ilə də zoraklığı törədən insana qarşı istifadə olunan akt deyil, nadir hallarda istifadə olan haldır”, – Tamar Çuqoşvili bəyan etdi.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Barnov küçəsində qətl törətməkdə ittiham olunanın əfvi ilə bağlı mətbuat konfransı keçirdi.
Marqvelaşvilinin bəyan etdiyinə görə, Əfv Kommisiyası zoraklıq cinayəti üzrə əfv edilmə aktlarının dərc olunmasını müvəqqəti dayandırır.