Tamar Çuqoşvili - Məlumatımız var ki, provokasiya məqsədi ilə təhdid və təhqir şərhləri yayılır
Tamar Çuqoşvili - Məlumatımız var ki, provokasiya məqsədi ilə təhdid və təhqir şərhləri yayılır

Bəyanatımızın məqsədi odur ki, Ozurgetidə baş verən insindentə bənzər qarşıdurmalara yol verilməsin, – bu barədə bəyanatı parlament sədrinin birinci müavini Tamar Çuqoşvili verdi.

Onun dediyinə görə, “Milli Hərəkat” partiyasının üzvləri provokasiya məqsədi ilə, Ozurqetidə baş verən insindentə bənzər vəziyyət yaratmağa çalışırlar.

“Belə provokasiyalara gərəkən hüquqi cavab veriləcək və həmçinin, onların opponentlərinə müraciət etmək istəyirəm ki, provokasiyaya uyub, fiziki qarşıdurmaya yol verməsinlər. Təhqir bəyanatlarının çoxu Facebook vasitəsi ilə yayılır. Təhdid mesajlarına gəlincə isə, buna qanuni yollarla cavab veriləcək” – dedi

Ozurgeti sakrebulosunda insindent dünən baş verdi. “Gürcü Arzusunun” deputatı, “Milli Hərəkat”-ın deputatını dövməklə ittiham edilir.