Tamar Çuqoşvili - Biz iqtidar üzərində parlamentin nəzarətini ciddi dərəcədə artırmağı planlaşdırırıq
Tamar Çuqoşvili - Biz iqtidar üzərində parlamentin nəzarətini ciddi dərəcədə artırmağı planlaşdırırıq

İqtidar tərkibi ilə bağlı məsləhətləşmələr davam edir, – bu barədə bəyanatı parlament sədrinin birinci müavini Tamar Çuqoşvili verdi.

Tamar Çuqoşvili namizədlərin konkret adlarını çəkmək istəmir, ancaq onun dediyinə görə, sabiq Xarici İşlər Naziri Mixeil Canelidze öz istəyi ilə nazirlər kabineti tərk edir.

Tamar Çuqoşvili bəyan etdi ki, bundan sonra parlamentin iqtidara nəzarəti daha da gücləndiriləcək.

“Biz iqtidara parlament nəzarətini ciddi dərəcədə artırmağı planlaşdırırıq, qarşımızda böyük çağırışlar var və ümid edirəm ki, onlarla baş gələ biləcəyik” – dedi Tamar Çuqoşvili.

Xatırladaq ki, parlament əksəriyyəti nazirlər kabinetinin rəhbəri vəzifəsinə sabiq Maliyyə Naziri Mamuka Baxtazdenin namizədliyini təqdim etdi.