Tamar Qabunia - virus infeksiyalarının yayılması azalmaya doğru gedir
Virus infeksiyalarının yayılması azalmaya doğru gedir, klinik sektorda da hiss olunur, dekabrda vəziyyət daha da sabitləşəcək. İki yaşa qədər uşaqlarda bronxiolit şəklində fəsadlar yarada bilən “Respirativ Sinsisyal Virus”un yayılması da xeyli azalıb-bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlayıb.
Qabunia bildirib ki, “Covid-19″a qarşı görülən tədbirlər qrip və qripə bənzər viruslardan da bir növ qoruyucuya çevrildi, bu da öz növbəsində immunitetin zəifləməsinə səbəb oldu.
“Bu il orqanizmimiz mövsümi virusların sirkulyasiyasına hazırlıqsız yaxalandı və başqa vaxtlarda dekabrın sonunda başlayan dalğa daha tez ortaya çıxdı. Hazırda əsasən Adenovirus sirkulyasiya edir, hər zaman mövcud olan qrip virusları da var. Lakin, yenə də immunitetin zəifləməsindən irəli gələrək, klinik gedişat başqa vaxt, başqa hallarda olduğundan daha kəskin ola bilər”-deyə Tamar Qabunia qeyd edir.