Tamar Qabunia - Qanuna edilən dəyişikliyin əsas məqsədi pasiyentləri qorumaq üçün Tibbi və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyini gücləndirməkdir
“Sağlamlığın qorunması haqqında” qanuna edilən dəyişikliyin əsas mahiyyəti və məqsədi pasiyentlərin mənafeyini qorumaq üçün Tibbi və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyini gücləndirməkdir, – bu haqda Gürcüstanın səhiyyə nazirinin birinci müavini Tamar Qabunia “Sağlamlığın qorunması haqqında” qanuna edilən dəyişikliklərlə bağlı Gürcüstan parlamentində çıxışı zamanı bildirib.
Qabunia qeyd edib ki, tənzimləyici qurumun əsas funksiyası pasiyentin təhlükəsizliyini qorumaqdır və onun həyata keçirilməsi çoxlu mexanizmlər tələb edir. Nazir müavininin izahatına əsasən, qanun layihəsi tənzimləyici qurumun fəaliyyətini daha operativ edəcək, qiymətləndirmənin obyektiv hallar tam nəzərə alınmaqla aparılması və qərarın obyektiv əsaslara söykənməsi üçün bir sıra əlavə mexanizmlər təqdim edilir.
“Hazırda tənzimləyici qurumun pasiyentin şikayəti ilə bağlı 72 saat ərzində araşdırmaya başlaması üçün məhkəmə qərarı tələb olunur . Bu müddət ərzində qurumun tənzimləyici orqanın səfərinə müəyyən qədər hazırlaşmaq, lazım gələrsə, bir sıra sənədlərə reaksiya göstərmək imkanı var. Bu da tənzimləyici orqan tərəfindən real mənzərənin qiymətləndirilməsini və obyektiv qərar qəbul etməyi xeyli çətinləşdirir. Bu, qanun layihəsində təsvir olunan mühüm prinsiplərdən biridir”, – deyə Tamar Qabunia bildirib.