Tamar Qabunia - "Fayzer" vaksinasiyası üçün ölkə 50 000 ədəd xüsusi şpris aldı
Tamar Qabunia - "Fayzer" vaksinasiyası üçün ölkə 50 000 ədəd xüsusi şpris aldı

“Fayzer” vaksinasının vurulması üçün Gürcüstan 50 000 ədəd xüsusi şpris aldı.

Bu haqda məlumatı Səhiyyə Nazirini müavini Tamar Qabunia vaksinasiya prosesi haqqında danışarkən verdi.

Qabunianın dediyinə görə, xüsusi şprislərin istifadəsi ilə bağlı treninq keçirildi.

“Vaksinasiyanın keçiriləcəyi klinikaların tibb personalına xüsusi şprislərin istifadəsi ilə bağlı treninqlər keçirildi. Daha sonra isə, hansı vaksinadan istifadə edəcəyimizdən asılı olaraq, konkret vaksina üçün gərəkən tədarük görüləcək” – dedi Nazir müavini.