Tamar Çerqoleişvili - "Milli Hərəkat" ölkəni idarə etmək iddiasındadır və lokasiyalarla bağlı dalaşırlar
“Milli Hərəkat” ölkəni idarə etmək iddiasındadır və lokasiyalarla bağlı dalaşırlar-bu barədə “Tabula”nın redaktoru Tamar Çeqoleişvili “Facebook” sosial şəbəkə səhifəsində yazır.
Tamar Çerqoleişvili “Milli Hərəkat”ın və partiya sədrliyinə namizəd Levan Xabeişvilinin bəyanatlarına münasibət bildirir.
“Ölkəni idarə etmək iddiasındadırlar- lokasiyalarla bağlı dalaşırlar. Nəsə bir dəyərlə bağlı deyil, nümunə üçün Namaxvan SES-də etiraza dəstək olubmu, yoxsa Patriarxlığa necə münasibət olması və s. deyil, lokasiyalar uğrunda. Siyasi elita belə olduğundan etimad və janr böhranı var”-deyə Tamar Çerqoleişvili yazır.
Məlumat üçün bildirək ki, “Milli Hərəkat” partiyasının sədrliyinə namizəd Levan Xabeişvili keçirdiyi brifinqdə bildirib ki, “Saakaşvilini dəstəkləmək üçün sabah saat 18:00-da Dövlət Dəftərxanası və Şekvetilidə İvanişvilinin evi yaxınlığına toplaşırlar”.
Partiyada isə bir neçə gün əvvəl qəbul edilmiş qərara əsasən, həmrəylik aksiyasının yanvarın 4-də Tbilisidə Sülh körpüsündə keçiriləcəyini və Gürcüstan miqyasında lokasiyanın iki deyil, səkkiz olacağını açıqlayıblar. “Milli Hərəkat”ın bəyanatına əsasən səkkiz lokasiyadan üçündə – Telavi, Qori və Rustavidə aksiyaların təşkili Levan Xabeişvilini dəstəkləyən sədrlərə həvalə edilib. “Milli Hərəkat”da bildiriblər ki, Prezident Saakaşvilinin həyatını xilas etmək onları birləşdirməli olan məsələdir və ayrı-ayrı şəxslərin ondan bölücü kimi istifadə etməsi təəssüf doğurur.