Tamar Barkalaia - Uşaqların rifahı dövlətin prioritetlərindən biridir, bu istiqamətdə mühüm dəyişikliklər edilib
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Barkalaia Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun dəstəyi ilə Milli Statistika Xidməti tərəfindən uşaqların rifah halının öyrənilməsini qiymətləndirib.
Onun izahatına əsasən, uşaqların rifahı dövlətin prioritet istiqamətlərindən biridir və son illər həyata keçirilən dəyişikliklər uşaqların rifahının yüksəldilməsinə, ailələrin möhkəmlənməsinə, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəlib.
Tamar Barkalaianın sözlərinə əsasən, çağırışlar qalmaqdadır və hökumət fəal şəkildə onları aradan qaldırmağa çalışır.
“2022-ci ildə sosial cəhətdən həssas uşaqlara verilən pul yardımı 50 lari artaraq 150 lari təşkil etdi. 2023-cü ilin iyulun 1-dən sosial cəhətdən həssas uşaqlara aylıq yardım olaraq 200 lari veriləcək. Proqramın büdcəsi 500 milyon laridir. Artan yardımı isə 230 000-dən çox uşaq alacaq. Məhdud imkanlı uşaqların və kəskin məhdud imkanlara malik şəxslərin sosial müavinətləri də artdı. 2023-cü ildən kəskin məhdud imkanlara malik şəxslər və məhdud imkanlı şəxs statusu olan uşaqlar üçün sosial paket 65 lari artırılaraq 340 lari müəyyən edilib. Uşaqların rifahı dövlətin prioritetlərindən biridir. Bu istiqamətdə mühüm dəyişikliklər edilib. İctimaiyyətə məlumdur ki, 2012-ci ildən əvvəl oxşar sosial müavinət yox idi, bu gün bizim əhəmiyyətli irəliləyişimiz var”, – deyə Tamar Barkalaia bildirib.