Tamar Baçaliaşvilinin ailəsi prokurorluğa işin yenidən araşdırılması tələbi ilə müraciət etdi
Tamar Baçaliaşvilinin ailəsi prokurorluğa işin yenidən araşdırılması tələbi ilə müraciət etdi

Tamar Baçaliaşvilinin ailəsi və vəkilləri Gürcüstan Baş Prokurorluğuna  istintaqın yenidən başladılması tələbi ilə ərizə daxil etdilər.

Onların sözlərinə əsasən, işdə yenidən istintaqa başlamağa əsas verən yeni hallar var. Vəkillərin sözlərinə görə, Baçaliaşvilinin ölümü ilə bağlı cavabsız qalan çoxlu suallar var.

“Biz işin araşdırılmasına yenidən başlanılmasını tələb edirik ki, bilək  iş nə yerdədir . Müvafiq olaraq, biz artıq prokurorluqdan rəsmi olaraq tələb edirik ki, yenidən istintaqa başlasın, öldürülən Tamar Baçaliaşvilinin atasına zərərçəkmiş statusu verilsin, hər şey ədalətli və normal hüquqi hərəkəti səciyyələndirən şəkildə edilsin. İlk gündən iş üzrə bütün hərəkətlər və istintaq hərəkətləri zamanı əldə etdiklərimiz, şübhə doğurması bir yana, Tamarın qətlini birbaşa təsdiqləyir”, – vəkil Mixeil Ramişvili bildirib.

Gürcüstan Prokurorluğu Tamar Baçaliaşvilinin işi üzrə istintaqın dayandırıldığını 17 dekabr 2020-ci il tarixində elan edib.