Tako Çarkviani - Permanent mübarizə başlayır
Tako Çarkviani - Permanent mübarizə başlayır

Biz hərşeyi danışdıq. İndi isə, permanent mübarizə başladı, – bu bəyanatı ” Qanun və ədalət” partiyasının lideri Tako Çarkviani “Leyborist partiyasının” ofisində keçirilən müxalifət toplantısından sonra verdi.

Onun dediyinə görə, müxalifət hər zaman dialoqa hazırdır, ancaq iqtidar bütün dialoqları kökündən kəsir.

“Kobaxidzenin dünənki bəyanatı çox təhlükəli idi və birbaşa rejimin elan edilməsi idi.  Bu konstitusiyaya zidd olan qərarla konstitusiya məhkəməməsi də razılaşsa, düşünün ki, dövlətimiz yoxdur.

Mübarizəmiz aksiyalarla və toplantılarla davam edir. Biz dialoqdan imtina etmədik, ancaq itidar müxalifətlə hər dəfə “ticarət edir” – dedi Tako Çarkviani.