Tako Çarkvianinin və Giorgi Vaşadzenin seçki blokunun yaratması mümkündür
“Qanun və Ədalət” partiyasının lideri, Tako Çarkvianinin bəyan etdiyinə görə, “Güc Birlikdədir” formatı ilə bağlı “Milli Hərəkatda” bu vaxta qədər məsləhətləşmələr aparılır.
Elə onun dediyinə görə, partiyada fikirlər ayrılıb və bir çoxu istəyir ki, “Güc Birlikdədir” formatı dəyişməsin.
“Mənim məlumatıma görə, “Milli Hərəkatda” bu vaxta qədər məsləhətləşmələr aparılır, çünki orada fikirlər ayrılıbdır. Bir çoxu, o cümlədən liderlər, istəyirlər ki, “Güc Birlikdədir” formatı necə var qalsın və dəyişməsin”, – Tako Çarkviani bəyan etdi.
Tako Çarkvianinin dediyinə görə, “Milli Hərəkatın” yekun cavabından sonra başqa partiyaların qərarları da məlum olacaq.
Bununla yanaşı, Çarkviani istisna etmədi ki, Vaşadze ilə seçki blokunu yaratsın.