Tako Çarkviani - plebissiti müxalifət ayrıca maddə kimi heç bir təqdirdə müzakirə etməyib
Müxalifətin mövqeyi tamamilə dəyişməzdir, bunun asan cavabı var, müxalifət hüquqi çərçivədədir, hakimiyyət hüquqi çərçivədən çıxdı, – bu barədə “Qanun və Ədalət” partiyasının lideri, Tako Çarkviani bəyan etdi.
Tako Çarkvianinin qeyd etdiyinə görə, hakimiyyət və müxalifət xalq üçün məqbul olan qərar qəbul etməlidir.
“Müxalifətin mövqeyi tamamilə dəyişməzdir, bunun asan cavabı var, müxalifət hüquqi çərçivədədir, hakimiyyət hüquqi çərçivədən çıxdı. Bu çərçivədən çıxan mümkün deyil ki, bizə şərtlər təklif etsin. Bu barədə danışmaq istəyirik. Bu gün biz müzakirə edirik ki, “Gürcü Arzusunun” bizə təklif etdiyi nədir. Hər halda hesab edirəm ki, bəzisi uzağa baxacaq və xalqı qıcıqlandırmayacaq, çünkü qəzəbin ən böyüyü xalqın qəzəbidir”, – Tako Çarkviani bəyan etdi.
Elə onun dediyinə görə, plebissiti müxalifət ayrıca maddə kimi heç bir təqdirdə müzakirə etməyib.
“Mənim fikrimcə, plebissitin müzakirəsi yalnız və yalnız yeni seçkilərlə bağlı olmalıdır. Yoxsa ayrıca müzakirəsinin nə mənası var, başa düşmürəm, mənim üçün bu tamamilə anlaşılmazdır”, – Çarkviani bəyan etdi.