Taivanda zəlzələ nəticəsində həlak olanların sayı 20-yə çıxdı.
Təkrarlanan zəlzələlərə görə, xilas etmə çalışmalarına başlaya bilmirlər.
Dünən gecə saatlarında Taivanda 5.7 maqnitudalı zəlzələ baş verdi və daha sonra bir neçə dəfə təkrarlandı.
Bu vaxt üçün, 64 nəfər itkin düşüb.
6.4 maqnitudalı zəlzələ isə, Taivanda iki gün öncə səhərə yaxın baş vermişdi.
Təbii fəlakət zamanı, dörd yüksək mərtəbəli binanın çökməsi nəticəsində 265 nəfər xəsarət aldı.
itkin düşənlər ehtimala görə, 12 mərtəbəli binanın dağıntıları altında qalıblar.
Zəlzələnin bş verdiyi turist şəhəri olan Hualiendə 100 000-nəfər yaşayır.
Burada son zəlzələ 2016-cı ildə baş vermişdi və o zaman 100-dən artıq insan həlak olmuşdu.
1999-cı ildə baş verən 7 ballıq zəlzələ nəticəsində isə, Taivanda 2000 insan həyatını itirdi.