Tailanda mağarada qalan uşaqların xilas etmə əməliyyatının üçüncü fazası başladı
Tailanda mağarada qalan uşaqların xilas etmə əməliyyatının üçüncü fazası başladı.
BBC-nin məlumatına görə, dalğıclar çox çətin şərtlərdə işləmək zorundadılar, çünki mağarada suyun səviyyəsi artır.
Əməliyyatda tam olaraq, 1000 nəfər iştirak edir. Professiyonallar ilə birlikdə, yeniyetmələrin xilas edilməsinə bütün dünyadan gedən könüllülər də yardım edirlər.
Bu vaxt üçün mağarada dörd uşaq və onların məşqçiləri qalıb.
İki günlük xilas etmə əməliyyatı nəticəsində, xilas edənlər səkkiz yeni yetməyi mağaradan çıxarda bilməyi bacardılar.
Onların aparıldıqları tibb mərkəzindən verilən məlumata görə, uşaqların sağlamlıq vəziyyəti normaldır.
11 və 16 yaş arasında olan futbolçu yeniyetmələr və məşqçiləri, eksursiya zamanı mağarada iyunun 23-də itmişdilər.
Onları on gün sonra, amerikalı dalğıclar tapdılar.