Tailand parlamenti ölkə tarixinin ən gənc baş nazirini seçib
Tailand parlamenti ölkə tarixinin ən gənc baş nazirini seçib

Tailand parlamenti keçmiş baş nazir Thaksin Çinavatranın qızı Paetongtarn Shinawatra-nı yeni lider seçib.

Taylandın müasir tarixində 37 yaşlı Paetongtarn Shinawatra ən gənc baş nazir oldu, 491 deputatdan 319-u onu dəstəklədi, 145-i əleyhinə çıxdı.

İki gün əvvəl Taylandın Konstitusiya Məhkəməsi ölkənin baş naziri Sreta Thavisinin vəzifəsindən kənarlaşdırılmasına qərar verib. Məhkəmənin qərarına görə, Sreta Tavisin Nazirlər Kabinetinə keçmişdə məhkum olunmuş vəkili təyin edərkən “etik qaydaları” pozub.