Tabukaşvili küçəsində yanğın lokallaşdırılıb
Tabukaşvili küçəsində yanğın lokallaşdırılıb

 

Tbilisidə Tabukaşvili küçəsində yanğın lokallaşdırılıb-bu barədə Tbilisinin Yanğınsöndürmə-xilasetmə Xidmətinin Baş İdarəsinin rəhbəri Levan Museliani açıqlayıb.

Onun qeyd etdiyi kimi, hazırda likvidasiya işləri aparılır.

“Yanğınsöndürən-xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində yanğını lokallaşdırmaq mümkün olub. Yanğının daha geniş miqyasda yayılması təhlükəsi var idi. Müvafiq olaraq, yanğın da vaxtında lokallaşdırılıb və indiki mərhələdə sizə dediyim kimi, likvidasiya işləri aparılır. Bu mərhələdə xəsarət alanlar barədə məlumatımız yoxdur. Müvafiq xidmət ərazini və yanğının yayılma ehtimalını təyin edəcək” – deyə Levan Museliani açıqlayıb.