“Svetinin” inşaatını m2 şirkəti başa çatdıracaq.
Bu barədə məlumatı Tbilisinin meri Kaxa Kaladze bugün keçirdiyi brifinqdə verdi.
İnşaatı başa çatdırılan binada 2500-ə qədər ailə ev alacaq.
Layihənin investisiya dəyəri 250 000 000 laridir və tamamən m2 şirkəti tərəfindən maliyyələşdirilir..
Obyektlərin inşaat istiqamətini 26 illik təcrübəsi olan BK Construction həyata keçirir.
Layihənin 3 il ərzində başa çatdırılması planlaşdırılıb.