Sven Mikser - Avropaya inteqrasiya istənilən partiya və siyasətçidən qat-qat böyük məqsəddir, bu səbəbdən hamı birlik olmalıdır, siyasi sinif gürcü xalqını məyus etməməlidir
Sven Mikser - Avropaya inteqrasiya istənilən partiya və siyasətçidən qat-qat böyük məqsəddir, bu səbəbdən hamı birlik olmalıdır, siyasi sinif gürcü xalqını məyus etməməlidir

 

Avropaya inteqrasiya istənilən siyasi partiya və ya siyasətçidən qat-qat böyük məqsəddir. Buna görə də indi hamının bir yerdə olmasının vaxtıdır-bu barədə avropalı parlamentari Sven Mikser bildirib.

O bildirib ki, siyasi təbəqə gürcü xalqını məyus etməməlidir.

“Düşünürəm ki, bugünkü görüşlərdə bizim əsas mesajımız çox aydın oldu. Bu, Gürcüstan üçün əla fürsətdir. Avropaya inteqrasiya istənilən siyasi partiya və ya siyasətçidən qat-qat böyük məqsəddir. Ona görə də indi elə məqamdır ki, hamı bir yerdə olmalı və siyasi təbəqə gürcü xalqını məyus etməməlidir”-deyə Sven Mikser bildirib.

Avropalı parlamentarilər Sven Mikser və Marina Kaliurand Gürcüstan parlamentində görüşlər keçirirlər. Avropalı parlamentarilər artıq müxalifət nümayəndələri ilə görüşüblər.