Sven Mikser - assosiativ ölkələrin hər üçünə namizəd statusunun verilməsini dəstəkləyirəm, fikrimcə bölünmənin bərabərində gətirəcəyi şübhəsiz təhlükələr var
Sven Mikser - assosiativ ölkələrin hər üçünə namizəd statusunun verilməsini dəstəkləyirəm, fikrimcə bölünmənin bərabərində gətirəcəyi şübhəsiz təhlükələr var

 

Estoniyalı avropalı parlamentari Sven Mikserin sözlərinə görə, assosiativ ölkələrin hər üçünə namizəd statusunun verilməsini dəstəkləyir. O, Gürcüstan, Ukrayna və Moldovaya yönəlik eyni yanaşmanın olmasını arzulayır.

Avropa Parlamentindəki cari debatlarda Sven Mikserin də dediyi kimi, hər üç ölkə gələcək üzvlər kimi tanınmağa layiqdir.

“Assosiativ ölkələrin hər üçünə namizəd statusunun verilməsini dəstəkləyirəm, fikrimcə bölünmənin bərabərində gətirəcəyi şübhəsiz təhlükələr var. Bu Parlamentdə və Avropa institutlarında əksəriyyətinin Gürcüstan hakimiyyətinin nümayəndələrinə real addımlar və islahatlar gözlədiyimizə dair açıq ismarıc göndərmək istəyi var. Ukrayna müharibə vəziyyətindədir və hesab edirəm ki, bu, onu nisbətən irəliyə çəkir, lakin Gürcüstan və Moldovaya yönəlik də eyni yanaşmanın, qeydin olmasını arzulayardım. Ümumiyyətlə, bütün ölkələr fundamental tələblərə və prinsiplərə cavab verməlidirlər, lakin bu gün statusun verilməsi rəmzi addımdır. İnanıram ki, Ukrayna xalqı, Moldova xalqı və gürcü xalqı da bu statusa layiqdir. Ümid edirəm ki, gürcü siyasətçilər və hökumət nümayəndələri imkanlar pəncərəsinin hələ də açıq olduğunu görəcəklər, pəncərə bağlanana qədər nə etmək lazımdırsa, onu edəcəklər. Hər üç ölkənin gələcəyi Aİ-də olmalıdır, onlar gələcək üzvlər kimi tanınmağa layiqdirlər. Yekun üzvlük böyük prosesdir və bu gün heç bir assosiativ ölkə buna hazır deyil, lakin artıq dediyim kimi, bu gün namizəd statusu siyasi və rəmzidir” – deyə Sven Mikser açıqlayıb.