Şvediyanın xarici işlər naziri bildirib ki, Gürcüstanda demokratiya, ifadə azadlığı və Avropa İttifaqına üzvlük istiqamətində işləmək istəyən insanlara dəstəyi davam etdirəcəklər
Şvediyanın xarici işlər naziri bildirib ki, Gürcüstanda demokratiya, ifadə azadlığı və Avropa İttifaqına üzvlük istiqamətində işləmək istəyən insanlara dəstəyi davam etdirəcəklər

Maria Malmer Stenergard bildirib ki, Gürcüstanda demokratiya, ifadə azadlığı və Gürcüstanın Avropa İttifaqı ailəsinə üzvlüyü istiqamətində işləmək istəyən insanlara dəstəyi davam etdirəcəklər.

Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl jurnalistin “Avropa gələcəyi uğrunda mübarizə aparan gürcülərə İsveçin əsas mesajı nədir?” sualına cavab verib.

Maria Malmer Stenergard deyib:

“Son bir ildə baş verən hadisələr məni narahat edir. Lakin biz Avropanın bir hissəsi olmaq istəyən insanların yanında olmağa davam edəcəyik.”