Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan edir ki, Svanetidə, Mestiyada tikilməsi planlaşdırılan “Qafqaz dağ mərkəzi”, Gürcüstanda turizmin inkişafı üçün böyük imkan olacaq.
“Bu layihənin başlamasına çox sevinirik və əminəm ki, bu Gürcüstanda və bütün regionda ən göstərişli yerlərdən biri olacaq. Bu ölkəmizin dağ turizminin inkişafı üçün böyük təkan olacaq və adı Gürcüstan olan unikal mədəniyyəti görmək üçün minlərlə turistləri buraya cəlb edəcək.
Layihəmizin partnyoru isə, dünya miqyasında tanınan Reynhold Mesner olacaq” – dedi Kvirikaşvili.
İqtidar administrasiyasının mətbuat xidmətinin məlumatına görə, dünyada tanınan alpinist Reynhold Mesner “Qafqaz dağ mərkəzi”-nin yaradılması haqqında qərarı 2017-ci ilin iyul ayında, Gürcüstanın baş-naziri ilə görüşdükdən sonra verdi.
Mesner illərdir ki, İtaliyanın Alp dağlarında dağ muzeylərinin şəbəkəsini inkişaf etdiririr və “Qafqaz dağ mərkəzi” də bu şəbəkənin bir hissəsi olacaq.
Məşhur alpinist keçən il Giorgi Kvirikaşvilinin dəvəti ilə, öz planlaşdırma mütəxəssisləri və “Dağ kurortlarının inkişaf şirkəti”-nin nümayəndələri ilə bərabər Gürcüstan dağları ilə tanış oldu.
Reynhold Mesnerlə bərabər Gürcüstana İtaliyanın ən məşhur arxitektorlarından biri olan Verner Çol da gəldi və mərkəzin inşaat planını o hazırlayır.
Reynhold Mesnerin dediyinə görə, bu layihə Gürcüstana dünya alpinizminin diqqət mərkəzinə düşmək üçün böyük imkan yaradır, ki Gürcüstanın bunun üçün həqiqi potensiyalı var.
“Dünyanın ən gözəl təbiətlərindən biri sizin ölkədədir. Xüsusi ilə Uşbayı bəyəndim. Sizin dağlarınız alpinizm və dağ turları üçün idealdır. Düşünürəm ki, Qafqaz dağları heç də Alp dağlarından geri qalmır” – dedi dünyanın ən məşhur alpinistlərdən biri olan Mesner.
Reynhold Mesner dünyanın ilk alpinistidir, hansı ki, 1980-ci ildə Everestə oksijen aparatı olmadan çıxdı və 8000 metrlik dağı texniki avadanlıqsız fət etdi.