Svanetidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib
Svanetidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib

 
Zemo Svanetidə baş verən yol-nəqliyyat hadisəsi insan tələfatı ilə başa çatdı.

Zuqdidi-Cvari-Mestia yolunun Etseri ərazisində yüngül avtomobil dərəyə aşıb. Hadisə nəticəsində həmin kənddən olan qardaşlar yerindəcə dünyasını dəyişiblər.

Hadisə səhər saatlarında baş verib. Axtarış-xilasetmə xidmətinin nümayəndələri hadisə yerinə səfərbər edilmişdilər.

Daxili İşlər Nazirliyinin verdiyi məlumatda, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq aparıldığı deyilir.