Svaneti Tarix-Diyarşünaslıq Muzeyində Tsiala Çartolianinin yubileyinə həsr olunmuş elmi konfrans keçirilir
Svaneti Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında “Svanetinin mədəni irsi və yaşamaq perspektivləri VI” mövzusunda elmi-praktik konfrans keçirilir. Konfrans etnoqraf Tsiala Çartolianinin 90 illik yubileyinə həsr olunub.
O, 30 il muzeyin direktoru olub, onu “Svaneti xəzinələrinin keşikçisi” adlandırırlar.
Onun özünün də iştirak etdiyi konfransda gürcü etnoqrafiyasının inkişafındakı xidmətlərindən danışırlar, həmçinin Svan etnoqrafiyası, arxeologiyası və digər məsələlər müzakirə olunur. Konfransda ali təhsil müəssisələrinin, hökumətin və digər ictimaiyyətin nümayəndələri iştirak edirlər.
“Bu konfrans mənə həsr olunub. Düzünü desəm, mən hesab edirəm ki, mən o qədər də layiq deyiləm, çünki Tanrının mənə tapşırdığı işi yerinə yetirmişəm – Svanetidə xarab olmuş xristian mədəniyyət abidələrinə qulluq etmişəm. Bu gün mənim üçün ən önəmli gündür, 90 yaşım tamam oldu. Məni bu qədər uzun müddət yaşatdığı üçün Tanrıya şükür edirəm və bu gün sevimli işim haqqında danışa bilərəm”, – deyə Tsiala Çartoliani bildirib.