SUS: Saçxere bələdiyyəsi yaxınlığında işğalçı qüvvələr tərəfindən qanunsuz saxlanılan Gürcüstan vətəndaşı azad edilib

15:56, 09.06.2026

SUS: Saçxere bələdiyyəsi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan Gürcüstan vətəndaşı azad edilib və mərkəzi hakimiyyətin nəzarətində olan əraziyə yerləşdirilib.

Məlumatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SUS) yayıb.

Qurumun bildirdiyinə görə, qanunsuz saxlanılan vətəndaşın azad olunması prosesində həm Gürcüstanda Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin əlində olan bütün müvafiq vasitələrdən istifadə olunub.

“Gürcüstanın mərkəzi hakimiyyəti beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi istiqamətində aktiv işi davam etdirir,” – deyə SUS-un məlumatında qeyd olunub.

Oxşar