Sürüşmə ilə əlaqədar olaraq Muxuri kəndindən Tobavarçxili gölü istiqamətində avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb
Sürüşmə ilə əlaqədar olaraq Muxuri kəndindən Tobavarçxili gölü istiqamətində avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb

Yolda inkişaf edən sürüşmə prosesi ilə əlaqədar olaraq Çxorotsğu Munisipalitetinin Muxuri kəndindən Tobavarçxili gölü istiqamətində avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə Sameqrelo-Zemo Svaneti bölgə administrasiyası məlumat yayıb.

Sameqrelo-Zemo Svaneti dövlət komissarının administrasiyasının müraciəti əsasında Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin mütəxəssisləri hadisə yerində olublar.